YapiKredi Müraciət Forması
Hadisə

Masazırda 4 maşın yandı - VİDEO (YENİLƏNİB)

Masazırda 4 maşın yandı - VİDEO (YENİLƏNİB)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış komplekslərindən birinin həyətində avtomobillərdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində "Mercedes", "Lada" və "Hyundai" markalı minik avtomobillərinin yanar hissələri, həmçinin "Renault" markalı minik avtomobili qismən yanıb. Yüksək temperaturun təsirindən "Baic" markalı minik avtomobilinin arxa işığı qismən əriyib.

09:18

Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobil yanıb.

Hadisə Yeni Bakı yaşayış massivində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.

@rfvv_791 #masazıryenibakı #keşfetteyizzz #tutorial ♬ оригинальный звук - Muradov Hüseyn Cahangir oğlu