Ermənistanda 7 daşnak TUTULDU — VİDEO

DÜNYA 10 iyul 2025, 15:11
Ermənistanda “Daşnaksütyun” (ARFD) partiyasının 7 üzvü “terrorizm işi” və silahların qeyri-qanuni saxlanılması ittihamı ilə saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Mənbə Ermənistan hakimiyyəti tərəfindən saxlanılan və həbs edilən “Daşnaksütyun” partiyasının 5 üzvünün adını açıqlayıb:

Taron Manukyan – deputat Geğam Manukyanın oğludur, saxlanılıb və həbs edilib.

Geğam Manukyan – Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatıdır, ARFD Ali Orqanının üzvüdür, onun telefonu götürülüb və evində axtarış aparılıb.

Vaan Matinyan – ARFD Ali Orqanının aparat rəhbəri, evində axtarış aparılıb.

Gevork Muradyan – Yegvard icmasının şurasının üzvü, ARFD Ermənistan Gənclər İttifaqının Mərkəzi İdarəsinin rəhbəri, evində axtarış aparılıb.

Arsen Martoyan – ARFD-nin İrəvan şəhər komitəsinin üzvü, polis şöbəsinə aparılıb (привод).

Digər iki şəxsin adı ictimaiyyətə hələ açıqlanmır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 iyul 2025, 19:51
Top