Kiyevə göndərilən dron səfirliyimizin yaxınlığına düşüb — FOTOLAR

DÜNYA 10 iyul 2025, 17:28

İyulun 10-na keçən gecə Rusiya ordusunun Kiyevə kütləvi hava hücumu zamanı kamikadze dronlardan biri Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına düşüb.

Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, nəticədə səfirliyimizin yaxınlığındakı parklanma yerində 20-dən artıq avtomobil yanıb.

Qeyd edək ki, Kiyevə edilən çoxkombinasiyalı hava hücumunda azı 2 nəfər həlak olub, 20-dən çox insan xəsarət alıb. Ümumilikdə, əsas hədəf Kiyev olmaqla, Ukraynaya 400 dron və 18 ballistik və müxtəlif tipli raketlər atılıb.

 





 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top