Hakan Fidan Braziliyaya getdi

REGİON 21 fev 2024, 23:00
Türkiyənin xarici işlər naziri Hakan Fidan “G20” xarici işlər nazirləri toplantısı üçün Braziliyanın Rio-de-Janeyro şəhərinə səfərə gedib.

Demokrat.az
xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Bildirilib ki, xarici işlər naziri Hakan Fidanın da qatılacağı toplantıda Qəzzada yaşanan humanitar böhran və İsrailin hücumlarına diqqət çəkiləcək. 

Nazir Hakan Fidan İsrail-Qəzza məsələsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının fəaliyyətinə toxunacaq. 

Səfər çərçivəsində türkiyəli nazir bəzi ölkələrin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər də keçirəcək.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top