Gülay Kamilin buraxılmasına görə onlara təşəkkür etdi — FOTO

GÜNDƏM 21 fev 2024, 17:19
Müğənni Gülay Zeynallı Kamil Zeynallının azadlığa buraxılmasına görə, Prezident İlham Əliyevə, Heydər Əliyevə Fonduna təşəkkür edib.

Demokrat.az xəbər verir ki, ifaçı həmçinin bu gün onların yanında olan hər kəsə təşəkkürünü ifadə edib.

Qeyd edək ki,  bu gecə Moskvadan Azərbaycana qayıdarkən azərbaycanlı idmançı Kamil Zeynallı Domodedovo aeroportunda Ermənistanın tələbi isə saxlanılıb.Ermənistan cinayət məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham olunan fitnes treyner  artıq azadlığa buraxılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 apr 2024, 18:15
Top