Kamili hava limanından əliqandallı çıxardılar — VİDEO

GÜNDƏM 21 fev 2024, 12:57
Ötən gecə Moskvanın “Domodedovo” hava limanında sərhədçilər tərəfindən saxlanılan fitness məşqçisi Kamil Zeynallı polisə təhvil verilib.

Demokrat.az xəbər verir ki, K.Zeynallı qolları qandallı şəkildə hava limanından çıxarılaraq polis idarəsinə aparılıb.

Moskvadakı müvafiq polis idarəsində aparılan araşdırmadan sonra Kamilin məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

Xatırladaq ki, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Kamil Zeynallının məsələsinin nəzarətdə olduğunu, eyni zamanda məhkəmənin qərarını gözlədiklərini açıqlayıb.

Qeyd edək ki, ilkin məlumatda K.Zeynallının Ermənistanın təqdimatı əsasında axtarışa verildiyi açıqlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top