Lavrov Kubaya səfər etdi

DÜNYA 20 fev 2024, 18:12
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kubaya işgüzar səfər edib.

Demokrat.az
xəbər verir ki, xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, nazir və onu müşayiət edən nümayəndə heyəti paytaxt Havanadakı İnqilab sarayında prezident Migel Diaz-Kanel tərəfindən qəbul edilib. 

Kanel “X” sosial media hesabındakı paylaşımında Lavrovun səfərindən məmnunluğunu ifadə edib. 

Qeyd edək ki, görüş zamanı iki ölkə arasındakı münasibətlərə dinamizm gətirmək üçün ortaq mövzular və beynəlxalq gündəm haqqında fikir mübadiləsi aparılıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top