Ordumuzun S-300 raketləri döyüşə hazır vəziyyətə gətirildi — VİDEO

HƏRBİ 19 fev 2024, 16:26
S-300 raketləri döyüşə hazır vəziyyətə gətirilib, şərti düşmənin zərbələri dəf edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi bu ilin hazırlıq planına uyğun olaraq, hava hücumundan müdafiə bölmələrinin şəxsi heyəti ilə məşğələlər keçirilir.

Məşğələlər zamanı həyəcan siqnalı ilə qaldırılan S-300 “Favorit” zenit-raket komplekslərinin divizionlarının döyüş heyətləri texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi, obyektlərin hava hücumundan mühafizəsi, şərti düşmənin raket zərbələrinin dəf edilməsi, eləcə də digər tapşırıqları icra edirlər.

Bildirilib ki, məşğələlərin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların nəzəri bilik və praktiki vərdişlərinin artırılması, həmçinin hava hücumundan müdafiə bölmələrinin döyüş hazırlığının daima yüksək səviyyədə saxlanılmasıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top