“Böyük Dəbilqə”: Azərbaycanın 9 cüdoçusu bu gün yarışa qoşulacaq

İDMAN 17 fev 2024, 12:30
Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.

“Report”un məlumatına görə, bu gün Azərbaycanın daha 9 cüdoçusu tatamiyə çıxacaq.

Onlar 4 çəki dərəcəsində fəxri kürsüyə qalxmağa çalışacaqlar. Yalnız Nurlan Osmanov 1/32 finaldan mübarizəyə qoşulacaq. Digər 8 idmançı 1/16 finaldan görüşlərə başlayacaq.

Aytac Qardaşxanlı (63 kq) – Zulhumar Daşkinova (Türkmənistan): 1/16 final

Günel Həsənli (70 kq) – Aleksandra Samarciç (Bosniya və Herseqovina): 1/16 final

Hidayət Heydərov (73 kq) – Karim Adarvez (Argentina): 1/16 final

Rəşid Məmmədəliyev (73 kq) – Tohar Butbul (İsrail): 1/16 final

Nurlan Osmanov (73 kq) – Xorxe Qarsiya (İspaniya): 1/32 final

İbrahim Əliyev (73 kq) – Sulayman Hamad (Səudiyyə Ərəbistanı): 1/16 final

Ömər Rəcəbli (81 kq) – Mohammed Alharbi (Səudiyyə Ərəbistanı): 1/16 final

Səid Mollayi (81 kq) – Mustafa Həbib (Bosniya və Herseqovina): 1/16 final

Zelim Tçkayev (81 kq) – Abdulelah Albali (Səudiyyə Ərəbistanı): 1/16 final

Qeyd edək ki, ilk gündə Azərbaycanın 15 cüdoçusundan yalnız ikisi - Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top