![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2023/3/30/1/4bff4b19-da7a-46df-8ee7-2e50ac44d46a/dtx-hava-limani-emeliyyat.jpg)
Azərbaycan futbolunda oyun alğı-satqı məsələsi gündəmdən düşmür.
Demokrat.az Offsideplus.az-a istinadən xəbər verir ki, daha bir klub bu məsələdə şübhəli bilinir. Söhbət "İrəvan"dan gedir. Qərbi Azərbaycan təmsilçisinin 7 üzvü dünən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən sorğu-sual edilib. Onlar Azərbaycan Kubokunun 1/8 finalında "Araz-Naxçıvan"la (2:8) oyunun nəticəsinə görə dindiriliblər.
Bu məlumatı saytımıza açıqlamasında "İrəvan"ın prezidenti Zahid Niyazəliyev də təsdiqlədi:
"Dünən futbolçuları bu məsələ ilə bağlı dindirilib. Oyunçular "Araz-Naxçıvan"la kubok matçına görə sorğu-sual edilib. Məsələ ilə bağlı araşdırma davam edir".
"İrəvan"ın prezidenti Zahid Niyazəliyevin geniş müsahibəsini sabah saytımızdan oxuya bilərsiniz.