Netanyahu: "Fələstinlə sülh yalnız iki tərəf arasında danışıqlar yolu ilə mümkündür"

DÜNYA 16 fev 2024, 08:56

İsrail fələstinlilərlə daimi sülh razılaşmasına nail olmaq üçün beynəlxalq təzyiqləri rədd edir.

APA xəbər verir ki, bu sözləri İsraiin Baş naziri Benyamin Netanyahu deyib.

“Belə bir razılaşma ilkin şərt olmadan yalnız tərəflər arasında birbaşa danışıqlar yolu ilə əldə olunacaq”, - deyə Netanyahu bildirib.

O, qeyd edib ki, İsrail Fələstin dövlətinin birtərəfli qaydada tanınmasına qarşıdır. Netanyahunun sözlərinə görə, bu, “görünməmiş terrorizmin mükafatı olacaq və gələcəkdə hər hansı sülh nizamlanmasının qarşısını alacaq”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top