Həmin gün səhnə arxasında yaşadıqlarından yazdı

MƏDƏNİYYƏT 14 fev 2024, 20:15
Əməkdar mədəniyyət işçisi Leyla Quliyeva mərhum Əməkdar artist Aygün Bəylərin son solo konserti ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, aparıcı konsertin bu gün axşam efirə gedəcəyini bildirib. L.Quliyeva həmin gün səhnə arxasında yaşadıqlarını belə dilə gətirib:

"Boş verin qondarma, süni sevgiləri. Gəlin, sizə saf sevgidən danışım. Mən yox, özü danışsın. Onun kimi heç kim danışmaz. Onun kimi heç kim yaşamazdı. Yaşamadı... Bu konsertin hər saniyəsi yadımdadır. Hər mahnısında səhnə arxasında ağlayırdıq. 40 gün nə tez keçdi".

Qeyd edək ki, A.Bəylərin Heydər Əliyev Sarayında gerçəkləşən son solo konserti bu gün saat 23:00-da "Xəzər TV"də efirə gedəcək. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top