
Qubada minik avtomobili ağaca çırpılıb, yaralananlar var.
Hadisə Quba-Xaçmaz avtomobil yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Lada-Priora" markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində nəqliyyat vasitəsində olan 5 nəfər ağır xəsarətlər alıb.
Onlar Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hazırda xəsarət alanlara tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.(report)