Yaponiya yenidənqurma üçün Ukraynaya əlavə qrant verəcək

DÜNYA 11 fev 2024, 14:45
Yaponiya hökuməti Ukraynanın bərpası üzrə fevralın 19-na planlaşdırılan ikitərəfli konfransın yekunlarına görə Kiyevə 15,8 milyard yen (təxminən 106 milyon dollar) məbləğində qrant köçürmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl “Sankei” qəzeti yazıb ki, Yaponiya hakimiyyət orqanları Kiyevlə əməkdaşlığın yeddi prioritet istiqamətini müəyyənləşdiriblər və bu, konfrans zamanı açıqlanacaq.

Yapon tərəfinin Ukrayna ərazisinin minalardan təmizlənməsinə və ölkədə humanitar vəziyyətin yaxşılaşdırılmasına töhfə verəcəyi, yerli kənd təsərrüfatının, yeni istehsal növlərinin, o cümlədən biotexnologiya sahəsinin, eləcə də İT texnologiyalarının inkişafına təkan verəcəyi gözlənilir.

Bundan əlavə, Yaponiya Ukraynanın enerji və nəqliyyat infrastrukturunun bərpasına çalışacaq.

Tokio həmçinin Kiyevə korrupsiyanın aradan qaldırılmasında və dövlət idarəçiliyinin gücləndirilməsinə dəstək verəcək. Bununla bağlı iki ölkənin hakimiyyət orqanları ikitərəfli əməkdaşlıq mövzusunda 20-dən çox sənəd imzalamağı gözləyir.

Yaponiya hökuməti indiyədək Ukraynaya 7,6 milyard dollardan çox humanitar, ərzaq, maliyyə və digər növ yardımlar göstərib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top