Premyer Liqa: “Qarabağ” bu gün “Sabah”ı qəbul edəcək

İDMAN 11 fev 2024, 09:30
Azərbaycan Premyer Liqasında XXII tura bu gün start veriləcək.

“Report”un məlumatına görə, ilk gündə bir oyun keçiriləcək.

Lider “Qarabağ” turun ən diqqətçəkən matçında “Sabah”la qarşılaşacaq. Azərbaycan Kubokunda rəqibini mübarizədən kənarlaşdıran ağdamlılar paytaxt təmsilçisini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Görüşün start fiti saat 19:00-da səslənəcək.

Hazırda 50 xalla turnir cədvəlinə başçılıq edən Qurban Qurbanovun kollektivi ən yaxın izləyicisini 16 xal qabaqlayır. “Sabah” isə 27 xalla 5-ci pillədə qərarlaşır.

Qeyd edək ki, turun digər oyunları fevralın 12-13-də keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top