Aİ-nin Qonşuluq və genişlənmə üzrə komissarı İlham Əliyevi təbrik etdi

XARİCİ SİYASƏT 09 fev 2024, 10:54
Avropa İttifaqının (Aİ) fevralın 7-də ölkədə keçirilən növbədənkənar prezident seçkilərindən sonra iqtisadiyyatları və insanları birləşdirmək üçün Azərbaycanla birgə fəaliyyətini davam etdirəcək.

Demokrat.az xəbər verir ki, bu barədə Aİ-nin Qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“Azərbaycan Prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edirik. Biz iqtisadiyyatlarımızı və insanlarımızı birləşdirmək üçün birgə fəaliyyətimizi davam etdirəcəyik”, - paylaşımda qeyd edilib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top