Bu ildən etibarən tibb kolleclərində optometriya ixtisası olacaq. Bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında bildirib. O qeyd edib ki, bu ixtisası bitirənlər oftalmoloq kimi fəaliyyət göstərəcəklər: “Düşünürəm ki ali təhsil müəssisələrində bu ixtisas olmalıdır. İndiyə qədər tibb üzrə orta ixtisas təhsili müəssisələrində (kollec) Mamalıq işi, Tibbi profilaktika, Tibb bacısı (qardaşı) işi, Ortopedik stomatologiya, Müalicə masajı, Laboratoriya diaqnostikası, Əczaçılıq ixtisasları üzrə kadr hazırlığı həyata keçirilib. Ölkədə tibbin bütün sahələri üzrə ixtisaslı mütəxəssislərə ehtiyac var. Kimlərsə 3-5 aylıq kurslar ilə apteklərdə göz müayinə və müalicəsini həyata keçirir ki, bu da bəzən ağır fəsadlara yol açır”, - ekspert qeyd edib.
Professor Adil Qeybulla isə Demokrat.az-a açıqlamasında deyib ki, optometriya optik parametrlər, eynəklərlə bağlı parametrləri təyin edən mütəxəssislər hazırlayan ixtisasdır:

“Çox güman bunun üçün xüsusi kurslar olacaq və həmin mütəxəssislər bu kurslarda yetişəcəklər. Təcili yardım sisteminin özündə də həkimə qədərki ilkin yardımı göstərmək üçün xüsusi mütəxəssislər hazırlanır ki, onlar həmin prosesi icar edirlər. Bunun üçün 6 il oxumağa ehtiyac qalmır. İxtisaslaşmış peşə məktəbləri var ki, optometriya ixtisası üzrə kadrlar hazırlamaq mümkündür”.
Törə Zeynallı
Demokrat.az