SON DƏQİQƏ! Binəqədi bələdiyyəsi sədrinin bacısına yenidən cinayət işi açıldı

KRİMİNAL 06 fev 2024, 17:20
Bakının Binəqədi rayonunda İlknur Əliyevanın barəsində daha bir dələduzluq əməli müəyyən edilib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, İlknur Əliyevanın barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ititham elan edilib. 

İttihama görə, İlknur Əliyeva paytaxt sakini Şirin Abasova qarşı dələduzluq edib. Onun barəsində olan cinayət işi baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Zamir Bağırovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil. 

Qeyd edək ki, İlknur Əliyeva Binəqədi rayon Bələdiyyəsinin keçmiş sədri Aytac Əliyevanın bacısıdır. 

Bundan əvvəl İlknur Əliyeva bacısı Aytac Əliyeva ilə birlikdə mühakimə olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aytac Əliyeva 7 il, İlknur Əliyeva isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan İlknur Əliyevanın barəsində həbs qətimkan tədbiri seçilib.

O, məhkəmə zalından həbs edilib.

İttihama görə, Aytac Əliyeva və bacısı tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə bir neçə nəfərin əmlakını ələ keçiriblər.

İttiham olunan bacılar özlərini geniş əlaqələrə sahib olan qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxslər kimi təqdim ediblər.

Təqsirləndirilən şəxslər onlara pul veriləcəyi təqdirdə həmin vəsaitə qızıl-zinət əşyaları alıb əhatələrində olan yüksək vəzifəli şəxslərə baha qiymətə satacaqları barədə zərərçəkmişlərə vəd veriblər.
Cinayət işi üzrə 9 nəfər zərərçəkmiş qismində tanınıb.

Onlar zərərçkmişlərə ümumilikdə 1 milyon manata yaxın ziyan vurublar.

Hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top