Türkiyə və Azərbaycan diplomatları əməkdaşlığı müzakirə etdi

XARİCİ SİYASƏT 06 fev 2024, 10:27
Azərbaycan və Türkiyənin Belarusdakı səfirləri Məhərrəm Əliyevlə Cem İşık müttəfiqlik münasibətləri və səfirliklər arasında sıx əməkdaşlığı müzakirə ediblər.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycanın Belarusdakı səfirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, Türkiyənin Belarusa yeni təyin olunmuş səfiri Cem İşık Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyevi ziyarəti edib: "Görüşdə Azərbaycanla Türkiyə arasında uğurla inkişaf edən qardaşlıq və müttəfiqlik münasibətləri, həmçinin səfirliklər arasında sıx əməkdaşlıq müzakirə olunub".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top