Messinin ilk müqaviləsi hərraca çıxarıldı — FOTO

İDMAN 01 fev 2024, 16:30
Lionel Messinin 13 yaşında olarkən "Barselona" ilə ilk müqaviləsini imzaladığı salfet 380 min dollara hərraca çıxarılıb.

Demokrat.az
xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Bildirilib ki, 2000-ci ilin dekabrında imzalanan salfetdə Barselonanın direktoru Karles Rexaçın Messi ilə müqavilə imzalamaq öhdəliyi var. 

Müqaviləni həmçinin İspaniya klubunun transfer məsləhətçisi Xosep Minquella və Messini tövsiyə edən menecer Horasio Qaqqoli imzalayıb. 

Messi bu müqavilədən bir ay sonra "Barselona"ya keçib və əfsanəvi futbolçuya çevrilib.

Sözügedən salfet mart ayında Britaniyanın Bonhams hərrac evi vasitəsilə satışa çıxarılacaq.



Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top