“Şou” göstərib 150 manatlıq qayda pozaraq “TikTok”da paylaşdı — VİDEO

HADİSƏ 01 fev 2024, 13:27
Binəqədi rayonu Biləcəri qəsəbəsində kobud qayda pozan sürücü özünü videoya çəkərək “TikTok” sosial platformasında paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 30-u səhər saatlarında qeydə alınıb. Belə ki, 60-CA-600 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü əks yola çıxaraq hərəkət edib. Videodan göründüyü kimi, o, işıqforda dayanan nəqliyyat vasitələrindən fərqli olaraq qarşı zolağa keçib və digər hərəkət iştirakçılarına qəza riski yaradıb. Xoşbəxtlikdən sürücülər ehtiyatlı davranaraq yaranmış təhlükəni dəf ediblər.

Qeyd edək ki, bu qayda pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat cərimə nəzərdə tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top