Fırtına nəticəsində 15 metrlik qayıq batdı

HADİSƏ 31 yan 2024, 20:45
Türkiyədə fırtına nəticəsində 15 metr uzunluğundakı taxta qayıq batıb. 

Demokrat.az
xəbər verir ki, bu barədə “DHA” məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Bodrum bölgəsində baş verib.

Fırtına bölgənin əsasən Yalıkavak, Torba və Göltürkbü sahillərində bu gün səhər saatlarına qədər fasilələrlə təsirli olub. 

Yalıkavak sahilində yerləşən 15 metr uzunluğunda taxta qayıq estakadaya çırpılıb və fırtına nəticəsində zədələnib. 

Zədələnmiş qayıq tezliklə sahilə yaxın batmağa başlayıb. 

Yarıdan çoxu suda qalan taxta qayığın çıxarılması üçün işlərə başlanılacağı bildirilib.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top