Xalq artisti: “İlham Əliyevin yenidən prezident seçilməsi Azərbaycanın gücünə güc qatacaq”

MƏDƏNİYYƏT 31 yan 2024, 15:25
“Gələn ay Azərbaycanda prezident seçkilərinin keçirilməsinin böyük əhəmiyyəti var. Seçkidə alternativi olmayan namizəd cənab Prezident İlham Əliyevdir. Bilirəm ki, xalqın əksəriyyəti məhz İlham Əliyevə səs verəcək, ola bilər ki, vətəndaşların cüzi faizi başqa namizədlərə səs versin. Və inanıram ki, İlham Əliyevin yenidən prezident seçilməsi Azərbaycanın gücünə güc qatacaq, hər şey daha gözəl olacaq”.

Bunu Demokrat.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib. 

“İstiqlal” ordenli sevilən aktyor seçkilərdən sonra kino sahəsində görmək istədiyi yeniliklərdən də söz açıb:

“Düşünürəm ki, seçkilərdən sonra Azərbaycan dövlətinin və xalqının tarixində yeni dövr başlayacaq. Bir çox sahələrdə yeniliklər olacaq, islahatlar aparılacaq, eləcə də mədəniyyət sahəsində. Hamımızın arzusudur ki, yeni filmlər çəkilsin. Kino Agentliyi yaradılıb, inkişaf var. Kino xadimlərinin arzusu budur ki, ölkədə film sənayesi inkişaf etsin, gənc aktyorlar yerli filmlərə dəvət alsınlar, insanların öz filmlərimizə marağı artsın”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top