Ağdaşda tələbə qardaşına xəsarət yetirdi — TƏFƏRRÜAT

HADİSƏ 31 yan 2024, 11:12
Ağdaş rayonunda 1999-cu il təvəllüdlü Sadiq şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qardaşı Ələddinə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə 7 sentyabr 2023-cü ildə, gecə saat 01.30-da Ağdaş-Qəbələ yolunun Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində baş verib. 

Sadiq yolun kənarında, idarə etdiyi “Tayota Prado” markalı atomobilin içərisində qardaşı Ələddinlə aralarında şəxsi münasibətlər zəminində mübahisə edib. 

Yaranmış mübahisə zamanı qəsdən Ələddinin başından bir dəfə dişləməklə ona xəsarətlər yetirib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, sentyabrın 7-də, gecə saat 01.30-da Ağdaş-Qəbələ yolunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində qardaşı Ələddinə bir-iki məsləhətlər verib: 

“Lakin qardaşım mənimlə razılaşmadı. Buna görə aramızda mübahisə yarandı və dalaşdıq. Hadisədən 5-10 gün sonra barışmışlq. Hadisə vaxtı yalnız ikimiz olmuşuq. Aramızdakı mübahisə və dava-dalaş 2 dəqiqə çəkdi”. 

Bu cinayət işinə Ağdaş Rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Sadiqin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 

Qeyd edək ki, Sadiq tələbədir. O, Mingəçevir Dövlət Universitetinin 2-ci kursunda təhsil alır. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top