Putin altı ilə 67 milyon qazanıb

DÜNYA 30 yan 2024, 17:07
Rusiya Prezidenti Vladimir Putinin son 6 il ərzində gəlirləri 67 milyon 591 875 rubl (təqribən 755 min dollar) təşkil edib.

Demokrat.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Rusiyada prezidentliyə namizəd kimi qeydə alınan Putinin ölkənin Mərkəzi Seçki Komissiyasına təqdim edilən bəyannaməsində bildirilib.

Bəyannamədə Putinin sahib olduğu əmlak olaraq Sankt-Peterburqda 77 kvadrat metr sahəsi olan 1 mənzil və 18 kvadrat metrlik 1 qaraj, 3 minik avtomobili də qeyd olunub. 

Bununla yanaşı, Rusiya liderinin banklarda 10 hesabı mövcuddur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top