ABŞ-nin silah satışı 240 milyard dollara yaxınlaşıb

DÜNYA 30 yanvar 2024, 17:00
ABŞ-nin silah satışı keçən il əhəmiyyətli dərəcədə artaraq cəmi 238 milyard dollara çatıb.

Demokrat.az
xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Məlumata görə, 2023-cü ildə ABŞ-nin xarici ölkələrə silah satışı yüksək səviyyəyə çatıb. 

ABŞ hökumətinin keçən il 2022-ci ilə nisbətən 56 faiz artımla 81 milyard dollarlıq satış üçün birbaşa danışıqlar apardığı bildirilib. 

Amerika müdafiə şirkətlərinin xarici ölkələrə birbaşa satışları da daxil olmaqla, keçən il ümumi satış məbləği 238 milyard dollar olaraq qeyd edilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 avqust 2025, 10:15
Top