Pensiyaçılar və çoxuşaqlı ailələrin kommunal xərcləri azaldılacaq

SOSİAL 30 yan 2024, 12:41
Rusiyada pensiyaçıların və çoxuşaqlı ailələrin mənzil-kommunal xidmətlərilə bağlı xərclərini azaltmaq təklif olunub.

Demokrat.az xəbər veir ki, bu təkliflə Dövlət Dumasının əmək, sosial siyasət və veteranlarla iş üzrə komitəsinin sədri Yaroslav Nilov çıxış edib. O, müvafiq qanun layihəsini hökumətə göndərib.
 
Yaroslav Nilov teleqram kanalında qeyd edib: "Pensiyaçıların və çoxuşaqlı ailələrin mənzil və kommunal xidmətlər üçün cibindən çəkilən xərclərin ailənin ümumi gəlirində maksimum icazə verilən payı 10%-dən çox olmamalıdır".

Hələ dekabr ayında Dövlət Dumasının deputatları çoxuşaqlı ailələr üçün mənzil-kommunal xidmətlərin tariflərinin azaldılmasını təklif etmişdilər. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin də pensiyaçılardan mənzil və kommunal xidmətlərə görə bank komissiyası almağı qadağan edən qanun layihəsi təqdim edib. 2023-cü ilin sonunda hökumət mənzil və kommunal xidmətlərin ödənilməsi üçün sosial dəstək üçün bölgələrə bir milyard rubldan çox vəsait ayırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top