Messi “Barselona”ya baş məşqçi seçdi

İDMAN 30 yan 2024, 11:13
Argentina millisinin baş məşqçisi Lionel Skaloni "Barselona"nı çalışdıra bilər. 

Demokrat.az xəbər verir ki, bu barədə "Todofichajes" nəşri məlumat yayıb. Bildirilib ki, “İnter Mayami”nin hücumçusu Lionel Messi şəxsən Kataloniya klubunun rəhbərliyinə Skaloninin namizədliyinə diqqət yetirməyi tövsiyə edib. 

Xatırladaq ki, Xavi 2023/2024 mövsümünün sonunda "Barselona"dan ayrılacağını açıqlayıb. 

Lionel Skaloni Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) 2023-cü ilin ən yaxşı milli komandasının baş məşqçisi olub. Mütəxəssis 2018-ci ildə Argentina millisini çalışdırır. 2021-ci ildə onun rəhbərliyi altında yığma Albiseleste Amerika Kubokunu qazanıb. 2022-ci ildə Argentina milli komandası dünya çempionu olub. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top