“Uşaqlarınızda bu əlamətlər varsa...” — Həkimdən XƏBƏRDARLIQ

SOSİAL 30 yan 2024, 00:27

Səhiyyə Nazirliyi Azərbaycanda Hepatit A virusuna yoluxan uşaqların yaş qrupunu açıqlayıb. Məlumata görə, 5-14 yaş qrupu uşaqlar "Hepatit A" virusuna daha çox yoluxur.

Məsələ barədə "Yeni Sabah"a danışan infeksionist Ləman Qalimova xəstəliklə bağlı bəzi detalları açıqlayıb: 

"Sarılıq xəstəliyi "Hepatit A" virusunun törətdiyi bir xəstəlikdir. Uşaqlarda halsızlıq, iştahsızlıq, saralma kimi şikatlər olur, bu da dizinfeksiya qaydalarına riayət olunmamış sulardan, təmiz su ilə yuyulmamış qidalardan keçir. Valideynlər simptomları müşahidə etdikdə mütləq həkimə müraciət etməlidir".

İnfeksionist bildirib ki, digər viruslarla mübarizədə olduğu kimi burada da vaksinasiya mütləqdir:

"Hepatit A"nın qarşısının alınması üçün vaksinasiya mütləqdir. Həm böyüklər, həm uşaqlar vaksinasiya ola bilərlər. Milli peyvənd təqvimi uşaqlar üçün mövcuddur. Bu yolla valideynlər övladlarını qoruya bilərlər. Hal hazırda sarılıq olan xəstələrin artışı müşahidə olunur".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top