Qızılca və Hepatit A virusu ilə bağlı müraciət sayında artım var? — RƏSMİ AÇIQLAMA

SOSİAL 29 yan 2024, 14:48
Hazırda Azərbaycanda qızılca və Hepatit A virusu üzrə epidemioloji vəziyyət stabildir.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, müraciət sayında artım qeydə alınmır:

“Hazırda ölkə ərazisində qızılca və Hepatit A xəstəliyinə qarşı əks-epidemik tədbirlərin aparılması davam etdirilir. Qızılca xəstəliyinə qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar arasında peyvənd işinə nəzarət gücləndirilib, böyük əhali arasında da peyvəndləmə işləri davam etdirilir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top