Daha iki nəfər dəm qazından zəhərləndi

HADİSƏ 27 yan 2024, 21:45

Ağsuda iki nəfər dəm qazından zəhərlənib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Ləngəbiz kəndində baş verib.

Kənd sakinləri 1962-ci il təvəllüdlü İbrahimova Bəhanə Əlhəsən qızı və 1956-cı təvəllüdlü İbrahimov Alim Məmməd oğlu hamam otağında dəm qazından zəhərləniblər. Xəstəxanada hər iki şəxsə ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top