Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı fəxri üzv seçildi

MEDİA 26 yan 2024, 17:00
 Yanvar ayının  26-də “Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi” nin idarə heyətinin qərarı ilə  Azərbaycan  Dövlət İnformasiya Agentliyinin buraxılış redaktoru,  kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalının sahibi  Aydın Oktay oğlu Məmmədov AQDİM-nin idarə heyətinin fəxri üzvü seçilib.

Mərkəzin əsas məqsədi Azərbaycan Respublikasının dövlət orqanları və özəl sektorlarla qan donorluğu sahəsində yaxından əməkdaşlıq etmək, eyni zamanda Bakı və regionlarda bu istiqamətdə aparılan işin daha da gücləndirilməsinə dəstək verməkdir. Həmçinin qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı gənclər arasında təbliğatın gücləndirilməsinə xidmət etməkdir.

 “Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi” nin mətbuat xidmətindən  verilən məlumata əsasən,  qan vermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və Talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top