DYP-dən "Rahat" marketin qanunsuz təşkil etdiyi parklanma yeri ilə bağlı AÇIQLAMA

SOSİAL 24 yan 2024, 16:20
Xəbər verdiyimiz kimi, “ANC group” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Rahat” marketin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana 112 (BNAİE Maşınqayırma /Yod Zavodu) yaxınlığında yerləşən filialının qarşısındakı piyada səkisində qanunsuz parklanma yeri yaradılıb.

Səkidə və yolun hərəkət hissəsində park edilən avtomobillər tıxaca səbəb olur. Məsələ ilə bağlı Pravda.az-ın Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) noyabrın 24-də ünvanladığı sorğusuna cavab olaraq  bildirilmişdi ki, bu hal yolverilməzdir, belə hallar piyadaların rahat, təhlükəsiz və maneəsiz hərəkət imkanlarını məhdudlaşdırır, piyadaların hərəkət təhlükəsizliyi səviyyəsini minimuma endirir, səki sahəsinin əvvəlki vəziyyətə qaytarılması ilə bağlı tərəfimizdən müvafiq dövlət qurumları ilə birgə zəruri tədbirlər görüləcək. İki ay müddət keçməsinə baxmayaraq, sözügedən ünvanda həmin mənzərə olduğu kimi qalmaqda davam edir. Sakinlər isə bildirirlər ki, AYNA üzərinə düşən vəzifəni icra etmirsə, Dövlət Yol Polisi İdarəsi hərəkətə keçməli, avtomobillərə cərimə yazmalıdır. 

Pravda.az saytı məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlayıb. BŞDYPİ-nin İctimai qurumlarla əlaqələr bölməsinin baş inspektoru, mayor Araz Əsgərli açıqlamasında deyib ki, həmin ərazidə dayanma-durma nişanın olub-olmadığı dəqiqləşdirilməlidir:



“Bakı şəhərində hərəkətin təşkili ilə bağlı qərar qəbul etmək səlahiyyəti AYNA-dadır. Dayanma-durmanı qadağan edən nişan yoxdursa, yol polisi kiməsə protokol yaza bilməz. Əlbəttə, nişan varsa, DYP həmin avtomobillərə cərimə yaza bilər. Aidiyyəti qurumlar tərəfindən ərazi təhlil olunmaqla müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulub. Ərazini Suraxanı Rayon Dövlər Yol Polisi Şöbəsi nəzarətə götürüb”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top