Baş prokuror erməni separatçıların istintaq prosesindən danışıb

DAXİLİ SİYASƏT 20 yan 2024, 11:35
Baş prokuror Kamran Əliyev erməni separatçıların istintaq prosesindən danışıb.

"Report"un məlumatına görə, o, jurnalistlərə açıqlamasında bildirib ki, erməni separatçılar torpaqlar işğaldan azad edilməmişdən əvvəl Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstəriblər:

"Onlar qanunsuz hərəkətləri Ermənistana tabe olmaqla törədib, separatçılıqla məşğul olublar. Bütün bunlarla bağlı hərtərəfli istintaq tədbirləri həyata keçirilir. Hazırda görüləsi işlər çoxdur. Azərbaycan Respublikasının qoşulduğu bütün beynəlxalq konvensiyaların tələbinə və milli qanunvericiliyə uyğun olaraq bütün istintaq hərəkətləri aparılır. Cinayət işi yekunlaşdıqdan sonra bütün ittihamlar məhkəməyə göndəriləcək və bununla bağlı ictimaiyyətə məlumat veriləcək".

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağdakı keçmiş qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı saxlayaraq Bakıya gətiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 apr 2024, 18:15
Top