Yeni Yasamalda avtobusların yolda qalması ilə bağlı RƏSMİ AÇIQLAMA — VİDEO

SOSİAL 16 yan 2024, 17:09
Bu gün səhər saatlarında Yasamal rayonu ərazisində avtobuslar hərəkət etməkdə çətinlik çəkib. Dünən gecədən havanın şaxtalı keçməsi səhər saatlarında Yeni Yasamal massivi ərazisində avtobusların hərəkətində problem yaradıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Baku.ws-in sorğusuna cavab olaraq bildirib ki, ötən gecə havanın şaxtalı keçməsi səhər saatlarında Yeni Yasamal massivinin Əsəd Əhmədov, Məhəmməd Xiyabani və Dadaş Bünyadzadə küçələrindən keçən 7B, 17, 39, 77, 194 və 211 nömrəli avtobusların hərəkətində çətinliklər yaradıb:

"Hava şəraiti ilə əlaqədar ictimai nəqliyyatın hərəkətinin fasiləsizliyini təmin etmək üçün tədbirlər davam etdirilir. Bu məqsədlə AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur. Avtobusların üzləşdiyi çətinliklə bağlı koordinasiyalı şəkildə aidiyyəti qurumlara məlumat verilib. Yollar buzdan təmizləndikcə avtobusların hərəkət cədvəlinə uyğun fəaliyyəti təmin edilir".



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top