Yunanıstanda Baş Qərargah rəisi dəyişdirildi

DÜNYA 12 yan 2024, 19:46
Yunanıstanda 4 illik səlahiyyət müddəti başa çatan Baş Qərargah rəisi Konstantinos Florosun yerinə Xüsusi Müharibə Departamentinin rəisi Dimitris Hupis təyin edilib.

Demokrat.az
xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamaya görə, Milli Təhlükəsizlik Hökuməti Şurası (KYSEA) Baş nazir Kiryakos Mitsotakisin başçılığı ilə Baş Qərargah rəisi, Quru Qoşunları Komandanının yerinə yeni adların müəyyən edilməsi ilə bağlı iclas keçirib.

İdarə Heyətinin verdiyi qərarla Baş Qərargah rəisi vəzifəsinə Dimitris Hupis, Quru Qoşunları komandanı olaraq Yorgos Kostidis, Dəniz Qüvvələri komandanı olaraq Dimitrios Evangelos Kataras, Hərbi Hava Qüvvələri komandanı isə Dimostenis Qriqoriadis təyin edilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top