Rumıniyada yük maşını sürücüləri etiraz aksiyası keçirir

DÜNYA 10 yan 2024, 19:45
Rumıniyanın bəzi şəhərlərində magistral yollarda və dayanacaqlarda yük maşını sürücüləri etiraz aksiyası keçirir.

"Report" xəbər verir ki, bu barədə TASS Rumıniya KİV-ə istinadən məlumat yayıb.

Qeyd edilib ki, sürücülər yük maşınlarını mümkün qədər yavaş sürürlər. Oxşar etirazlar ölkənin Breila, Kluje-Napoka və digər şəhərlərində də keçirilir.

Etiraz aksiyasına səbəb avtonəqliyyat vasitələrinin icbari sığortasının bahalaşması, ödənişli yollarda gediş-gəliş tariflərinin artırılması, eləcə də sərhədlərdə yoxlamaların uzun sürməsidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top