Göygöldə ər arvadını döydü

HADİSƏ 07 yan 2024, 11:44
Göygöl rayonunda 1980-ci il təvəllüdlü Pərviz ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nuranəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Göygöl rayonunun Üçtəpə kəndində baş verib. Pərviz ailəsi ilə birlikdə yaşadığı evdə arvadı Nuranə ilə aralarında şəxsi münasibətlər zəminində münaqişə yaranıb. Münaqişə zamanı Pərviz əl zərbələri ilə vurmaqla Nuranəyə xəsarətlər yetirib. 

Hadisəni törədən Pərvizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ititham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərviz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə günü, təxminən saat 23 radələrində ailəsi ilə birlidə yaşadığı evə gələn zaman çörək almadığı üçün arvadı Nuranə onunla mübahisə etməyə başlayıb: “Mübahisə zamanı əsəbləşərək əlim ilə Nuranənin üz nahiyyəsinə zərbə vuraraq ona xəsarət yetirdim. Bunda sonra sakitləşdim və evdən çıxdım. Sonradan arvadımın hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Göygöl Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdiyini öyrəndim”. 

Bu cinayət işinə Göygöl Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Pərvizin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top