Turizmin inkişaf etdiyi ölkələrdə fərqli turizm növlərinə rast gəlirik. Tur şirkətləri turistlər üçün gəzintilər təşkil edərkən proqrama qastronomik səyahət, haykinq, dayvinq, alış-veriş turları daxil edir, şəhərlərdə qədim tarixi bazarlara turlar təşkil olunur. Maraqlıdır, Azərbaycanda hansı turizm növlərinin inkişafı üçün potensial var?
Turizm eksperti Cabir Dövlətzadə Demokrat.az-a açıqlamasında maraqlı məqamlardan danışıb:
“Azərbaycanda müalicəvi turizmin inkişafı üçün potensial var. Naxçıvanda Duzdağ Fizioterapiya Mərkəzi təbii müalicə üçün unikal məkandır. Naxçıvanda ciddi islahatlar gedir, bu da onun turizm zonası kimi inkişaf etməsinə fürsət yaradır. Buranı da Şahdağ kimi qış turizm mərkəzinə çevirmək olar, Naxçıvanın təbiəti də buna uyğundur”.
Ekspert qeyd edib ki, müxtəlif turizm növlərini tur paketlərin proqramına salmaq olar:

“Məsələn, Türkiyədə qızıl satışı geniş yayılıb, dəri univermaqları var, turistləri bunlar cəlb edir. Bu yerlərə təşkil olunan gəzintilər şəhər turunun içinə salınır. Bakıda “Şərq bazarı”nda belə bir formatda qızıl bazarı yaradılıb. Bura turistlərin səfəri təşkil oluna bilər. “Yaşıl bazar” da maraqlı istiqamətlərdən biri ola bilər. Bura müştərilərin diqqətini çəkir. Sahibkarlarla razılaşdırılmış şəkildə turizm şirkətlərinin də mənfəəti nəzərə alınmaqla bu cür turlar təşkil oluna bilər”.
C.Dövlətzadə bildirib ki, ölkəyə gələn turistlərin istəkləri, maraqları fərqlidir:
“Maraq dairəsinə uyğun fərqli turizm növlərinin inkişafına şərait yaratmaq ümumilikdə ölkə turizminin inkişafına təkan verəcək. Dayving, raftinq kimi idman növləri ilə məşğul olmaq üçün də resurslarımız var, amma kadrlar yoxdur. Şimal, qərb, cənub zonasının bol sulu çayları raftinqlə məşğul olmaq üçün uyğundur. Xəzər dənizində dayvinqi inkişaf etdirə bilərik. Amma mütəxəssis yetişdirməliyik və ya xaricdən dəvət etməliyik. Yamac paraşütü də ekstrim sevən insanların diqqət mərkəzindədir.
Turistlərin səyahət etdiyi yerlər ancaq Bakı və Qəbələ ilə yekunlaşmamalıdır. Şimalda Quba, Qusar, qərbdə Gəncəyə qədər turizm marşrutları təşkil olunmalıdır. Yaxın vaxtlarda işğaldan azad edilmiş bölgələrə də xarici turistlərin səfərlərinin təşkili nəzərdə tutulub. Təhlükəsiz zonalara xarici turistlərin getməsi ölkə turizminə qazanc gətirəcək. Qarabağ kəşf olunmamış turizm zonasıdır, əcnəbilər belə yerlərə daha çox maraq göstərirlər. Turizm infranstrukturu elə qurulmalı, elə şərait yaradılmalıdır ki, məmnunluq yüksək olsun”.
Törə Zeynallı
Demokrat.az