Ərdoğan: “İki dövlət, bir millət” şüarına əsaslanan bənzərsiz qardaşlıq telləri gələcəkdə də güclü bünövrə olacaq

XARİCİ SİYASƏT 24 dek 2023, 14:58
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Demokrat.az xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident, Əziz Qardaşım.

Doğum gününüzü xalqım adından və şəxsən öz adımdan səmimi diləklərimlə təbrik edir, ailənizlə birlikdə Sizə cansağlığı və xoşbəxtlik dolu uzun ömür arzulayıram.

Zati-alinizin rəhbərliyi ilə Azərbaycanın əmin addımlarla əldə etdiyi nailiyyətlər və beynəlxalq miqyasda get-gedə artan nüfuzu bizim üçün iftixarverici hadisədir.

Türkiyə ilə Azərbaycan arasında “İki dövlət, bir millət” şüarına əsaslanan bənzərsiz qardaşlıq və həmrəylik telləri bu günə qədər olduğu kimi, gələcəkdə də münasibətlərimiz baxımından güclü bünövrə təşkil etməyə davam edəcək.

Dəyərli Qardaşım, bu fürsətdən istifadə edərək doğum gününüzü bir daha təbrik edir, Azərbaycan xalqının xoş günləri və rifahı üçün ən səmimi arzularımı ifadə edirəm".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top