Sərbəst toplaşmaq üçün açıq və qapalı yerlər ayrılacaq — Prezidentin köməkçisi

DAXİLİ SİYASƏT 20 dek 2023, 11:50
Seçki Məcəlləsinə əsasən, yerli icra orqanları vətəndaşların normal səsverməsi üçün seçki məntəqələrini normal vəziyyətə gətirməlidirlər.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O bildirib ki, artıq seçki məntəqələrinə baxış keçirilməkdədir: “Seçkilərdə məntəqələr fasiləsiz elektrik enerjisi ilə təmin edilməlidir. MSK dərhal əlaqəli şəkildə olan problemlərin aradan qaldırılması ilə məşğul olacaq. Seçkiqabağı görüşlərin keçirilməsi üçün bütün namizədlərə bərabər şərait yaradılır. Sərbəst toplaşmaq üçün bütün tələblərə uyğun açıq və qapalı yerlər ayrılacaq. Ayrılmış yerlər mətbuat vasitəsilə geniş ictimaiyyətinə təqdim ediləcək. Seçici siyahılarının dürüst hazırlanması vacib şərtdir. Seçici siyahılarının tam olmamas ilə bağlı beynəlxalq müşahidəçilər iradlarını bildirirdilər. MSK sədri isə hər dəfə vurğulayırdı ki, Azərbaycanda seçki hüququ pozulan bir nümunə belə yoxdur. Seçici siyahılarının dəqiqləşdirilməsi seçki gününədək bütün aidiyyəti strukturlar tərəfindən davam etdiriləcək. Bu iş ciddi nəzarətimizdədir”. (Apa)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top