Gələn ildən avtobuslarda gediş haqqını bank kartı ilə ödəmək mümkün olacaq.
“Azərbaycanda mobilliyin transformasiyası proqramı”nın təqdimatında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, ictimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan yaratmaq məqsədilə mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə işləri aparılır. Onun sözlərinə görə sistem yeniləndikdən sonra təmassız texnologiyanı dəstəkləyən, bütün bank kartları və mobil cihazlar vasitəsilə ödəniş etmək mümkün olacaq: “Gələn aydan bir neçə marşrutda ödənişin bank kartı ilə edilməsi sınaqdan keçiriləcək. Sınaqlardan sonra gələn ilin ilk rübünün sonunda yeni ödəniş sisteminin ilkin tətbiqinə başlanılması nəzərdə tutulur”.
Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında deyib ki, ictimai nəqliyyatın avtobus seqmentində bank kartları ilə ödənişin həyata keçirilməsi böyük üstünlükdür:

“Bu, vətəndaşlarda avtobuslardan istifadəni təşviq edəcək. “Bakı kart”ın balansını artırmaq, balansdakı məbləğin öyrənilməsi, dayanacaqlarda kart balansını artırmaq məsələləri və bundan doğan problemlər artıq keçmişdə qalacaq. Vətəndaş rahatlıqla kredit və ya debit kartları ilə ödəniş edə biləcəklər. Bu, yaşlı insanlar üçün də əlverişli olacaq, çünki pensiyalar da kartla ödənilir”.
Törə Zeynallı
Demokrat.az