"Bilmir ki, hazırda həyatla mübarizə aparır"

ŞOU-BİZNES 17 dek 2023, 13:28
Xəbər verdiyimiz kimi, bloger Asya Aslanovanın səhhətində problem yaranıb.

Axşam.az xəbər verir ki, onun son vəziyyəti ilə bağlı bloger Fidan Zeynn sosial şəbəkədə məlumat paylaşıb. O, həyat yoldaşının reanimasiyada Asya ilə danışdığını bildirib:

"Vəziyyəti ağır olaraq qalır. Hamı dua etsin. Yaxşılığa doğu cüzi bir dəyişiklik də olsa, sağalacaq. Fəsadı qalacaq bir şey deyil. Sadəcə orqanizmi güclü olub, infeksiya ilə mübarizə aparmalıdır. 

Həyat yoldaşım reanimasiyada onu görüb. Deyib ki, qızlar hamısı buradadır, sənə dua edirlər. O isə “Niyə? Vəziyyət pisdir ki?” deyib. Özü belə bilmir ki, hazırda həyatla mübarizə aparır. Asya, güclü və möhkəm ol. Dualarımız səninlədir”.

Qeyd edək ki, Asyanın bədəninə narkozla edilən diş çəkimi zamanı infeksiya keçib və halı pisləşib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top