Qəzaya düşən PFL prezidenti əməliyyat üçün Türkiyəyə aparılır

GÜNDƏM 17 dek 2023, 00:16

Xəbər verdiyimiz kimi, bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakinin Rəsul Qafarlının idarə etdiyi "Mercedes Vito" markalı avtomobillə Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.

Hadisə nəticəsində Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov ciddi bədən xəsarətləri alıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, ağır xəsarətlər alan Elxan Səmədov əməliyyat olunması üçün xüsusi təyyarə ilə Türkiyəyə aparılıb.

Qeyd edək ki, PFL prezidentinə sağ baldırın yuxarı 3-də 1-nin böyük ölçülü açıq qəlpəli yerdəyişmiş sınığı, sağ dirsək oynağının oynaqdaxili sınığı diaqnozu qoyulub. Hadisə nəticəsində, ümumilikdə, 6 nəfər xəsarət alıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top