Prezident: “Bu il Azərbaycanın Avropa məkanına qaz ixracı təxminən 12 milyard kubmetrə çatacaq”

SƏNAYE VƏ ENERGETİKA 10 dekabr 2023, 14:02
“2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız səkkiz milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu təxminən 12 milyard kubmetrə çatacaq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı deyib.

Bunun Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil etdiyini vurğulayan dövlətimizin başçısı deyib ki, 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmi iki dəfə artmalıdır və biz inamla bu hədəfə doğru gedirik.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 sentyabr 2025, 22:33
22 sentyabr 2025, 21:22
Top