Ölən şəxsi diri göstərməkdə təqsirləndirilən bələdiyyə sədrinin istintaqı yekunlaşdı

HADİSƏ 08 dek 2023, 14:36
Lənkəranın sabiq bələdiyyə sədri Aygün Mirzəyevanın cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Demokrat.az Report-a istinadən xəbər verir ki, cinayət işi Lənkəran Rayon Məhkəməsinə göndərilib və hakim Murad Aslanovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edəki, ilkin araşdırma zamanı Lənkəran şəhər sakini Niyaz Miriyevin 2021-ci ildə vəfat etmiş nənəsi Rəvayət Miriyevanın 6 min 674 manat məbləğində təqaüdünü özündə saxladığı bank kartı vasitəsilə çıxarmasına, bu əməlini gizlətmək üçün mərhumun dəfn olunma tarixi barədə Lənkəran bələdiyyəsi tərəfindən verilən saxta arayışdan istifadə edərək ölüm haqqında şəhadətnamə almasına əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 313 (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top