“Vəfaya ev də, bağ da, maşın da alıb” — VİDEO

ŞOU-BİZNES 07 dek 2023, 16:34
Teleaparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında Vəfa Şərifova ilə fotosunu yayımlayaraq onun müdafiəsinə qalxıb. 

Demokrat.az xəbər verir ki, o müğənniyə canlı efirdə gül göndərilməsinin bəzilərinə təsir etdiyini bildirib: 

“Mən anlamadım, Vəfa iki uşaq dünyaya gətirib, atalarını da tanıyanlar var. Uşaqların iksinə də adını da, soyadını da verib. Vəfaya ev də alıb, bağ da alıb, maşın da alıb. İndi də özləri bilər, niyə bəziləri Vəfaya gül gəlməyindən belə narahat olublar ki? 

Əsas odur ki, gülü balalarının atası yollayıb. Camaata elə adamlar hədiyyə yollayır ki,deyirsən deməli, nəyəsə meyilldirlər. Niyə mənim ağzımı açırsınız?! Mən danışsam, qabağıma çıxanınız olmayacaq!” 

Qeyd edək ki, Vəfa Şərifova bir neçə gün əvvəl  həyat yoldaşı Famil Xəlilovdan ayrıldığını açıqlayıb. İki gün əvvəl müğənninin qonaq olduğu “Tarixin bir günü” verilişində studiyaya böyük gül dəstəsi gəlib. Verilişin aparıcısı Tolik gül çələnginin Famil Xəlilov tərəfindən göndərildiyini deyib. 

Xatırladaq ki, ifaçı bir neçə gün əvvəl həyat yoldaşı ilə ayrıldıqlarını bildirib. O, rəsmi nikahlarının olmadığını, dini kəbin kəsdirdikləri qeyd etmiş və buna görə tənqid atəşinə tutulmuşdu. 

Həmin görüntüləri təqdim edirik: 



 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top