İran Fars körfəzində 2 tankeri ələ keçirdi

REGİON 06 dekabr 2023, 21:20
İran Fars körfəzində 4 milyon 580 min litr qaçaq yanacaq daşıdığı iddia edilən 2 tankeri ələ keçirib.

Demokrat.az
xəbər verir ki, bu barədə Fars Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, məsələ ilə bağlı İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Dəniz Qüvvələri Komandanlığından açıqlama verilib. 

Açıqlamada, biri 2 milyon 280 min litr qaçaq yanacaq daşıyan 13 nəfərlik xarici heyətlə, digəri isə 21 nəfərlik ekipajla 2 milyon 300 min litr qaçaq yanacaq daşıyan iki tankerin ölkənin cənubunda ələ keçirildiyi bildirilib.

Sözügedən tankerlərin ekipajının saxlanıldığı qeyd edilib.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top