İsrail ordusunun Livanın cənubunda həyata keçirdiyi hücumda 1 Livan əsgərinin öldüyü, 3 əsgərin isə yaralandığı bildirilib.
Demokrat.az xəbər verir ki, bu barədə Livanın rəsmi agentliyi “NNA” məlumat yayıb.
Bildirilib ki, İsrail qüvvələri Livanın cənubunda sərhəd bölgəsindəki Kefrkilla qəsəbəsi yaxınlığında Livan ordusuna aid bir nöqtəni artilleriya atəşi ilə hədəfə alıb.
Livan Ordusu X sosial media hesabında İsrailin hücumu nəticəsində əsgərlərindən birinin həlak olduğunu, 3-nün isə yaralandığını açıqlayıb.
Bununla da, İsrail ordusunun Livanın cənubuna qarşı həyata keçirdiyi hücumda ilk dəfə bir livanlı əsgər həyatını itirib.
Oktyabrın 8-dən İsrail-Livan sərhədində İsrail ordusu ilə "Hizbullah" arasında qarşılıqlı hücumlar həyata keçirilir. Bu hücumlarda 89 "Hizbullah" üzvü və 6 İsrail əsgəri həlak olub.
Aysu
Demokrat.az