Bakıda külək güclənib, bəzi yerlərdə yağış yağıb — FAKTİKİ HAVA

GÜNDƏM 05 dek 2023, 18:57

Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən  bildirilib ki, saat 18:00-a olan məlumata əsasən Bakı və Abşeron yarımadasının bəzi ərazilərində, Quba, Xaçmaz, Qusarda yağış yağıb. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 26-32 m/s, Neftçala, Gəncədə 20 m/s, Şəkidə 18 m/s, Mingəçevirdə 17 m/s, Tərtərdə 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Naxçıvan MR-da 13, Aran rayonlarında 21, dağlıq rayonlarda 15 dərəcəyədək isti olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top